Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan bu təşkilata üzv olduğu gündən etibarən onun fəaliyyətinə mühüm töhfələr verir:
“Türkiyə, Pakistan və İran tərəfindən təsis olunan bu quruma sonradan digər region ölkələri də qoşulmuş və hazırda təşkilatda 10 dövlət fəaliyyət göstərir. Əsas məqsədi iqtisadi əməkdaşlığı inkişaf etdirmək olan ECO təşkilatı eyni zamanda turizm, kənd təsərrüfatı, humanitar və digər sahələri də əhatə edir.
Təşkilat çərçivəsində keçirilən zirvə görüşlərində dövlət başçıları bir çox beynəlxalq məsələləri müzakirə edir, nəticələri təhlil edir və gələcəyə dair yeni hədəflər müəyyənləşdirirlər. Azərbaycan artıq iki dəfə ECO-nun zirvə görüşlərinə ev sahibliyi edib.
17-ci zirvə görüşünün Xankəndidə keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız texniki və ya təşkilati məsələ deyil, eyni zamanda mühüm siyasi mesaj da verir. Prezident İlham Əliyevin Xankəndini ev sahibi şəhər kimi müəyyən etməsi bir sıra hədəfləri özündə ehtiva edir”.
Deputat qeyd edib ki, ən başlıcası, bu addım Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir:
“İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, bərpa və inteqrasiya işləri, Xankəndinin müasir sənaye şəhərinə çevrilməsi artıq göz önündədir.
Dost ölkələrin dövlət və hökumət başçılarının Qarabağa xüsusilə Xankəndiyə dəvət olunması həm bölgənin gözəlliyini, həm də Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Azərbaycanın hər hansı beynəlxalq təşkilatın üzvü olması və tədbirlərə ev sahibliyi etməsi həmin təşkilatın daha da güclənməsinə, inkişafına və yeni mərhələyə qədəm qoymasına şərait yaradır. Azərbaycanda keçirilən tədbirlər tez-tez digər sammit və görüşlər üçün nümunə kimi göstərilir.
Əminik ki, ECO-nun 17-ci Zirvə Görüşünün Xankəndidə keçirilməsi və burada qəbul olunacaq qərarlar bu təşkilatın güclənməsinə, üzv ölkələrin regional və beynəlxalq nüfuzunun artmasına, eləcə də ECO-nun qlobal platformada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəkdir”.
Leyla Turan
Demokrat.az
10Sources
-
aia.azKamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir” ( 18992476)
-
newscenter.azÖlkəmiz yenidən dünya ictimaiyyətinin diqqətini özünə cəlb etdi ( 18991624)
-
newscenter.azÖlkəmiz yenidən dünya ictimaiyyətinin diqqətini özünə cəlb etdi ( 18991594)
-
reyting.azXankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar ( 18991501)
-
modern.azXankəndidəki Zirvə görüşü birlik, sülh və əməkdaşlıq platforması kimi yadda qaldı Mehriban Vəliyeva ( 18991324)
-
modern.azZirvə görüşü: Birlik, sülh və əməkdaşlıq platforması - Mehriban Vəliyeva ( 18991348)
-
modern.azXankəndidəki Zirvə görüşü birlik, sülh və əməkdaşlıq platforması kimi yadda qaldı - Mehriban Vəliyeva ( 18991321)
-
icma.azAzərbaycan üçün önəmli regional əməkdaşlıq platforması ( 18991186)
-
azerbaijan-news.azXankəndi Zirvə görüşü ( 18990592)
-
azerbaijan-news.azECO Zirvəsinin Xankəndi gündəliyi ( 18990562)