EN

Ersin Tatar ŞKTC-yə dəstək xahiş edib

Kiprdə federasiya yaradılması təşəbbüsünün zamanı çoxdan keçib, beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

ŞKTC Prezidenti deyib ki, bu mövqeləri BMT Baş katibinə də çatdırılıb: “Bu mövqeyimiz qarşıda təşkil olunan görüşdə də tərəflərə çatdırılacaq”.

Ersin Tatar qeyd edib ki, ŞKTC-nin təcridinə son qoyulmalıdır: “ŞKTC-nin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərindən birmənalı dəstəyi gözlədiyimizi bəyan edirəm”.

Chosen
11
50
bakivaxti.az

10Sources