EN

Özbəkistan Rəqəmsal nəqliyyat və gömrük idarəsinin yaradılmasına çağırış edib

Özbəkistan Rəqəmsal nəqliyyat və gömrük idarəsinin yaradılması təşəbbüsünün praktiki şəkildə həyata keçirilməsinə başlamağı təklif edib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezident Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

"Son geosiyasi hadisələr bir daha göstərib ki, beynəlxalq logistika zəncirlərinin pozulması riski nə qədər yüksəkdir və alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılmasının strateji əhəmiyyəti var", - o vurğulayıb.

Özbəkistan Prezidenti bildirib ki, nəqliyyat və logistika sahəsinin rəqəmsallaşdırılması üzrə işlərin sistemli əsasda qurulması məqsədilə Rəqəmsal nəqliyyat və gömrük idarəsinin yaradılması təşəbbüsünün praktiki şəkildə həyata keçirilməsinə başlamaq və ekspertlər səviyyəsində danışıqları aktivləşdirmək vaxtı gəlib çatıb.

Chosen
3
50
moderator.az

10Sources