EN

"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi

Müğənni Cabbar Musayev bəstələrinin rok tərzində oxunmasına etiraz edib.

Ölkə.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb. C.Musayev "Mərdan Kazımov mahnınızı oxuyub, bəyəndiniz" sualına belə cavab verib:

"Mahnını fərqli hisslərnən yazmışam. Bu cür heç kim qəbul etmir. Orada Cabbar Musayev bəstəsindən əsər-əlamət yoxdur. İndi rok üslubunun dinləyicisi çoxalıb. Niyaməddin Musayev "Dünya sənin, dünya mənim" mahnısını lirik ürəklə yazıb. Toplayıb min, 2 min səs. "Dərviş" qrupu rep tərzi oxuyub və milyonlar toplayıb. İnsalar arasında ürək qoyduğun mahnını qəbul edənlərin sayı azalıb".

C.Musayev əlavə edib ki, Mərdan mahnını oxuyan zaman ondan icazə almayıb:

"İcazə almaq dəbdə deyil. Bu, Azərbaycanda tətbiq olunmayıb. Yaxın 20, 30, 50 il ərzində qanun qəbul edilər yəqin".

Chosen
12
50
olke.az

10Sources