UEFA "Beşiktaş" futbol klubunu heyətlə bağlı xərc qaydalarını pozduğuna görə 900 min avro cərimələyib.
Moderator.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, klub qərarla bağlı hüquqi prosesin davam etdiyini açıqlayıb.
"Beşiktaş" İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada UEFA-nın Klubların Lisenziyası və Maliyyə Davamlılığı Qaydaları çərçivəsində aparılan yoxlama nəticəsində 2023-24-cü illərdə heyət dəyərinin müəyyən edilmiş həddi aşdığı müəyyənləşib.