Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çeçenistan rəhbəri Ramzan Kadırov son aylarda onun sağlamlığı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, o, iclaslarda iştirak etməməsinin ölüm xəbərlərinə əsas vermədiyini açıqlayıb.
“Toplantılarda görünməməyim o demək deyil ki, artıq həyatda yoxam”, – deyə Kadırov bildirib.
Xatırladaq ki, son aylarda mediada Kadırovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılıb. May ayının sonunda o, bu iddiaları “boş və əsassız söz-söhbətlər” adlandıraraq təkzib etmişdi.
Çeçen rəhbər səhhətinin normal olduğunu və fəaliyyətini davam etdirdiyini israrla vurğulayıb.
Aysel,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.