AZ

160 ilin ən güclü daşqını: Sankt-Peterburqdan ilk görüntülər...

Sankt-Peterburq son 160 ilin ən güclü daşqınına hazırlaşır. Sinoptiklərin proqnozlarına görə, Nevada suyun səviyyəsi 120 santimetrə qədər qalxa bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qabaqlayıcı tədbir olaraq dalğanın hündürlüyünün üç metrə çatdığı Finlandiya körfəzindən su axınını kəsən bənd tamamilə bağlanıb.

Şəhərin özündə saniyədə 30 metrə çatan güclü külək ağacları aşırır.

Telegram Mash kanalının məlumatına görə, iki qadın xəsarət alıb: Kronştadtda avtomobildə oturan zaman ağac onlardan birinin üzərinə aşıb.

RİA Novosti xəbər verir ki, artıq Sestroretskdə Dubki parkı və bir neçə küçə su altında qalıb.

Su hələ Sankt-Peterburqun mərkəzi hissəsinə çatmayıb. Şimal paytaxtında daşqın adətən güclü qərb küləyi səbəbindən baş verir ki, bu da dalğanın yüksəlməsinə və Nevanın ağzına doğru hərəkət etməsinə səbəb olur.

Nazlı Almuradova

Seçilən
11
50
sia.az

10Mənbələr