EN

Tramp Çinə səfər edə bilər “Bloomberg”

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinin rəhbərləri ilə payızda Çinə səfər edə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Amerika administrasiyasının nümayəndələri Ağ Ev rəhbərini 2025-ci ildə Çinə mümkün səfərdə müşayiət etməkdə maraqlı olub-olmadıqlarını öyrənmək üçün bəzi şirkətlərin rəhbərləri ilə görüşüblər.

Onların qeyd etdikləri mümkün tarixlərdən biri oktyabrın sonu, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin Cənubi Koreyada, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammitinin isə Malayziyada keçiriləcəyi tarixdir.

Amerika prezidenti adətən hər iki tədbirdə iştirak edir.

Qeyd edək ki, Tramp ilk xaricə turnesini maliyyə, texnologiya və istehsalat dünyasının yüksək səviyyəli rəhbərləri ilə birlikdə Fars körfəzi ölkələrinə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
50
yeniavaz.com

10Sources