EN

Aşura günü ilə bağlı müəmma: Sabah nə etməli? – CAVAB

  Məhərrəm ayının 10-cu günü – Aşura ilə bağlı islam dünyasında fərqli ənənə və yanaşmalar formalaşıb. Bu günün dini və tarixi əhəmiyyəti səbəbilə müsəlmanlar onu müxtəlif cür qeyd edirlər. Xüsusilə Aşura günü oruc tutulması ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri bunu müstəhəb sayaraq oruc tutmağı tövsiyə edir, digərləri isə Kərbəla şəhidlərinin anım günü olduğunu əsas gətirərək məkruh olduğunu bildirirlər.

Aşura günü oruc tutmaq olarmı?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, bununla bağlı islamın fiqh məktəblərində fərqli fikirlər mövcuddur:

“Peyğəmbərimiz (s.ə.v) 622-ci ildə Mədinəyə getdiyi zaman orada yəhudi qövmünün oruc tutduğunun şahidi olur. Onlardan soruşur ki, nə üçün bunu edirsiniz? Bildirirlər ki, Həzrət Musanın fironun zülmündən qurtulduğuna görə oruc tuturlar. Peyğəmbərimiz (s.ə.v) xilaf olaraq Aşura günü ilə yanaşı, Məhərrəm ayının 9-10 və ya 10-11-ci günü öz ümmətinə oruc tutmağı əmr edib. Həmin hadisədən iki il keçəndən sonra Ramazan ayında oruc tutmaq fərz olub. Beləliklə, Peyğəmbərimiz (s.ə.v) Aşura orucunu müstəhəb, Ramazan orucunu isə vacib olaraq qəbul edib”.

İlahiyyatçı bildirib ki, Kərbəlada Həzrəti İmam Hüseynin şəhadətindən sonra həmin tarixə olan baxış tamamilə dəyişib:

“Bunu ümmət “matəm günü” adlandırıb. Buna görə də həmin tarixdə oruc tutmaq müstəhəb olsa belə, məkruh olaraq qəbul edilib. Günümüzdə müsəlmanlar arasında müstəhəb oruc tutanlar da var. Amma əksəriyyət Aşuranı matəm, hüzn, şəhadət günü kimi qəbul edir və imamın müqəddəs, qüdsi xatirəsini yad edərək keçirirlər”.

Qeyd edək ki, bu il Azərbaycanda Aşura günü isə iyulun 5-nə təsadüf edir.  

Chosen
4
3
referans.az

6Sources