EN

"Anadolu Qartalı-2025” beynəlxalq təlimi başa çatdı - Foto/Video

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Publika.az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti Türkiyədə keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq taktiki-uçuş təlimində iştirak edib.

Təlim müddətində iştirakçılara təhlükəsizlik qaydaları, hərəkət marşrutları, icra olunacaq tapşırıqlar, meteoroloji vəziyyət barədə brifinq təqdim olunub.

Ssenarinin praktiki icra mərhələsində texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra hərbi pilotlarımız aviabazadan qrup şəklində uçuşlar həyata keçirərək, hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər.

Plana uyğun olaraq, hərbi pilotlarımız hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçiriblər.

Chosen
16
38
publika.az

10Sources