AZ

"Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot nələr açıqladı?

Məqsəd təyyarələrimizin imkanlarını bu təlimdə nümayiş etdirməkdir.

Aznews.az xəbər verir ki, bu barədə "Anadolu Qartalı-2025" təlimində Azərbaycanı təmsil edən hərbi pilot, polkovnik-leytenant Elçin Rəfiyev deyib.

O bildirib ki, məqsəd həm də digər ölkələrin taktikalarını öyrənmək və texnikalarının istifadə qaydalarına yiyələnməkdir.

Onun sözlərinə görə, təlimdə iştirak edən hər bir ölkə öz təyyarəsinin imkan və qabiliyyətlərini göstərir:

“2020-ci il Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrimiz Türkiyə Silahlı Qüvvələrinin modelinə keçib və onların təcrübəsi öyrənilir:

"Bundan sonra biz onlarla davamlı olaraq birgə təlimlər keçiririk. Təlimlərdə nəzəri və praktiki hazırlıqlardan istifadə edilir. Məqsədimiz işləri görərək texnikalarımızı daha da inkişaf etdirməkdir".

Seçilən
15
33
aznews.az

10Mənbələr