EN

Polşa Rusiyaya nota göndərib

Polşa Xarici İşlər Nazirliyi Rusiya diplomatik missiyasına nota göndərərək, onu ölkənin Kiyevdəki səfirliyinə ziyan vuran hava hücumunda ittiham edib. Bu barədə Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.

“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə nota göndərib və hava hücumlarına qarşı kəskin etirazını bildirib”, - departamentdən bildirilib.

Polşa Xarici İşlər Nazirliyi əlavə edib ki, bu, beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir.

Chosen
35
49
anews.az

10Sources