Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Operativ Media-nın məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Nəticədə qəsəbə sakini 1980-ci il təvəllüldü K.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.