AZ

ECO nun 17 ci Zirvə görüşü: Xankəndidən dünyaya sülh mesajı

ain.az, Sia Az portalına istinadən məlumat verir.

İşğaldan azad edilən ərazilərdə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi, dost, qardaş ölkələrin hökumət və dövlət başçılarının iştirakı ilə baş tutan görüşlər Azərbaycanın dünyada mənəvi-humanitar mərkəzlərdən biri olduğunu təsdiqləyir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bununla yanaşı, Zirvə görüşü çərçivəsində Ağdamda Gənclər, Şuşada Biznes, Laçında Qadın forumları təşkil edildi.

“ECO-nun əsası 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən qoyulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və İran. ECO-ə üzvü ölkələrdə, ümumilikdə, 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm coğrafiya, həm də istehlakçı baxımından kifayət qədər ciddi potensiala malikdir.

Böyük siyasətçi Heydər Əliyev də zamanında ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, o, 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürmüşdür. 2006-cı ildə ECO-nun ölkəmizdə keçirilən 9-cu Zirvə görüşündə Tədqiqat Mərkəzinin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürüldü və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü görüşündə Mərkəzin nizamnaməsi imzalandı”, - deyə deputat xatırladıb.

Onun sözlərinə görə, üzv dövlətlərin dövlət və hökumət başçılarının, beynəlxalq və regional təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən bu mötəbər tədbir regionun gələcək inkişafında və çoxtərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində əlamətdar hadisədir. Zirvə görüşünün ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanın Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təntənəsi kimi qiymətləndirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
17
sia.az

10Mənbələr