EN

Daha bir yol qəzası, XƏSARƏT ALAN VAR

Ajans.az APA-ya istinadən xəbər verir ki, qəza Goranboy–Aşağı Ağcakənd avtomobil yolunun Meşəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü A.Qurbanov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən, Xocalı rayon sakini, hazırda Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 1965-ci il təvəllüdlü E.Məmmədovun sürdüyü "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində A.Qurbanov xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
33
Ajans.az

10Sources