Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Goranboy–Aşağı Ağcakənd avtomobil yolunun Meşəli kəndi ərazisindən keçən hissəsində 1979-cu il təvəllüdlü A.Qurbanov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən, Xocalı sakini 1965-ci il təvəllüdlü E.Məmmədovun "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində A.Qurbanov müxtəlif dərəcəli bədən xəsarəti xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta