EN

Britaniyalı ekspert: Azərbaycan beynəlxalq arenada öz nüfuzunu bir daha yüksəldib

Xankəndi, 5 iyul, AZƏRTAC

Azərbaycan beynəlxalq arenada öz nüfuzunu bir daha yüksəldib.

Bu sözləri AZƏRTAC-a beynəlxalq əlaqələr üzrə ekspert Tobi Qreqori Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində deyib.

Onun sözlərinə görə, bu mühüm tədbir Azərbaycanın Asiya və Avropa arasında diplomatik və iqtisadi körpü kimi meydana çıxdığını göstərir.

Ekspert bildirib: “Azərbaycan artıq bir neçə nüfuzlu beynəlxalq tədbirə, o cümlədən zirvə görüşlərinə, forumlara və konfranslara ev sahibliyi edib. Ölkəniz pozitiv dialoq aparmaq naminə insanları beynəlxalq və yerli səviyyədə bir araya gətirir. Burada keçirilən zirvə görüşü həmin təqdirəlayiq səylərin bariz nümunəsidir”.

Chosen
9
26
azertag.az

10Sources