"Yuventus" "Lill"i tərk edən Conatan Devidin transferini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama yayılıb.
Kanadalı hücumçu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb. 25 yaşlı futbolçunun illik maaşı 6 milyon təşkil edəcək. O, komandaya sərbəst agent kimi qoşulub.
Qeyd edək ki, Devid "Lill"də 5 mövsüm keçirib və bir dəfə Fransa çempionu titulunu qazanıb.
İdman.biz