BAKI. 5 iyul. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib.
Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyununda Braziliyanın “Fuluminense” klubu Səudiyyə Ərəbistanı “Əl Hilal”ını 2:1 hesabı ilə məğlub edib.
“Fuluminense”nin yarıminaldakı rəqibi “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) gürüşünün qalibi olacaq. Filadelfiyadakı “Linkoln Finansial Field” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.