AZ

“Çelsi” – “Fluminense” matçına bilet pivədən ucuz olub

Klublararası dünya çempionatında azarkeş marağının aşağı olması FIFA-nı bilet qiymətlərini yenidən nəzərdən keçirməyə vadar edib.

90deqiqe.Az-ın “Daily Mail"ə istinadən yaydığı xəbərə görə, “Çelsi” ilə “Fluminense” arasında ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Metlife” stadionunda keçiriləcək yarımfinal qarşılaşmasına bilet qiymətləri ciddi şəkildə azaldılıb.

Belə ki, əvvəllər 473,9 dollar olan biletin qiyməti hazırda cəmi 13,4 dollardır. Bu isə stadion yaxınlığında satılan pivənin qiymətindən – 14 dollardan – daha ucuzdur.

Bahalı bilet alan bir çox azarkeş artıq sosial şəbəkələrdə narazılığını ifadə edib. Onlara kompensasiya ödənilib-ödənilməyəcəyi və ya digər oyunlara endirim təqdim olunacağı isə hələlik məlum deyil.

Seçilən
13
7
90deqiqe.az

10Mənbələr