EN

Bakıda yaşayış binasının zirzəmisində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda çoxmərtəbəliyaşayış binasının zirzəmisində ümumi sahəsi 5 m² olan otaqdaelektrik lövhəsi və 10 paq.m elektrik kabelləri yanıb.

Otaqda quraşdırılan sayğaclar yanğından mühafizə olunub. Yanğınyanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
13
50
az.trend.az

10Sources