Bakı şəhərinin Sabunçu rayonunda yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda “Qazel” markalı yük avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.