Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, müxtəlif bölgələrdə – Donetsk, Mariupol, Luqansk, Xarkov və Xerson vilayətlərində Ukraynanı müdafiə etmiş hərbçilər evlərinə qayıdırlar:
“Onlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin, Dövlət Nəqliyyat Xüsusi Xidmətinin hərbi qulluqçularıdır".