EN

Rusiya səfiri Kopırkin Ermənistan XİN-ə çağırıldı – İrəvan Moskvaya nota verdi


Ermənistanda Rusiyanın səfiri Sergey Kopırkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, diplomata Rusiya Federasiyasından Ermənistandakı son daxili siyasi proseslərlə bağlı verilmiş “bəyanatlar”a görə etiraz notası təqdim olunub.

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan Rusiyanın verdiyi qiymətləndirmələrlə bağlı narazılığını rus tərəfinə diplomatik kanallar vasitəsilə çatdırıb.

İrəvan bildirib ki, rus mediasında yayılan “açıq şəkildə qeyri-dost” və “tez-tez düşməncəsinə” olan ritorikaya, eləcə də Rusiya Federasiyasının bəzi rəsmi şəxsləri və ekspert cəmiyyəti nümayəndələrinin oxşar bəyanatlarına görə sərt etirazını ifadə edib.

Etiraz notasında Rusiya dövlət televiziyasının canlı efirində səsləndirilən təhqiramiz bəyanatların, həmçinin Ermənistan hakimiyyətinin fəaliyyətinə qarşı hücumların qətiyyən yolverilməz olduğu vurğulanır. Etiraz notasında qeyd olunur ki, Rusiya Dövlət Dumasının bəzi deputatlarının Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişi cəhdinin qarşısını almaq məqsədilə atılmış hüquqi addımlarla bağlı şərhləri və bəyanatları təkcə təəccüb deyil, həm də narahatlıq doğurur.

TAHİR

Chosen
29
50
baki-xeber.com

10Sources