EN

Alman kəşfiyyatı: Ruslar cəbhədə kimyəvi maddələrdən istifadə edir

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Almaniya Federal Kəşfiyyat Xidməti BND Rusiyanın Ukraynaya qarşı kimyəvi silahdan istifadə etməyə başladığını iddia edib.

Bizimyol.info xəbər verir ki, Alman mətbuatına verilən açıqlamada, Rusiyanın son aylarda cəbhədə üstünlük əldə etmək üçün gözyaşardıcı qaz və ağciyərlərə təsir edən Xlorpikrin qazından istifadə etməyə başladığı bildirilib.

İki kimyəvi maddənin öldürücü kimyəvi maddə olmasa da, Cenevrə razılaşması ilə qadağan edildiyi vurğulanıb. Ukrayna Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Rusiya müharibədə 7 min dəfə kimyəvi artilleriya mərmilərindən istifadə edib. Kimyəvi qazın yayılması səbəbindən qorunan mövqelərini tərk etmək məcburiyyətində qalan Ukrayna əsgərlərinin asan hədəflər olduğu vurğulanıb.

Xlorpikrin zəhərli qazı ilk dəfə Birinci Dünya Müharibəsində istifadə edilmişdir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
33
icma.az

10Sources