EN

"Real" braziliyalı futbolçunu satmağa hazırdır

İspaniyanın "Real" klubu futbolçusu Rodriqonu satmağa hazırdır.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

24 yaşlı vinger son vaxtlar start heyətində yerini itirib. Xabi Alonso baş məşqçi postuna gələndən sonra braziliyalı oyunçu üç matçda cəmi 23 dəqiqə meydanda olub.

Madrid təmsilçisi sərfəli təklif alacağı təqdirdə futbolçunu satacaq. İngiltərənin "Arsenal" klubu onun agentləri ilə danışıqlar aparır.

Qeyd edək ki, Rodriqo ötən mövsüm bütün turnirlərdə 51 matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
15
20
report.az

10Sources