AZ

"Real" Rodriqonu satmağa hazırdır

“Real Madrid” klubu cinah oyunçusu Rodriqonun yay transferi ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.

90deqiqe.Az-ın “The Athletic” nəşrinə istinadən yaydığı xəbərə görə, 24 yaşlı futbolçu son zamanlar əsas heyətdə mövqeyini itirib. Xüsusilə Xabi Alonsonun baş məşqçi təyinatından sonra Rodriqo üç oyunda cəmi 23 dəqiqə meydanda olub.

Mənbənin məlumatına görə, “Real” braziliyalı futbolçunu yalnız münasib təklif daxil olacağı təqdirdə buraxacaq. Braziliyalı hücumçunun xidmətində maraqlı olan klublardan biri də London “Arsenal”ıdır. Artıq “topçular” Rodriqonun nümayəndələri ilə ilkin təmaslara başlayıb. “Arsenal” rəhbərliyi onun həm sağ, həm də sol cinahda oynamaq bacarığını yüksək qiymətləndirir və hücum xəttinə geniş seçim imkanı verəcəyinə inanır.

Qeyd edək ki, Rodriqo ötən mövsüm “kral klubu”nun heyətində 51 oyunda forma geyinərək 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
20
90deqiqe.az

10Mənbələr