ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstanın paytaxtı Budapeştdə qarışıq komanda üzrə dünya çempionu adını qazanan cüdo üzrə Gürcüstan milli komandası mükafatlandırılıb. SİA xəbər verir ki, mükafatları Tbilisidəki Prezident Sarayında baş nazir İrakli Kobaxidze və Parlamentin spikeri Şalva Papuaşvili təqdim edib.
Baş nazirin qərarı ilə Gürcüstan millisi dünya çempionu tituluna görə 1 milyon lari (625 min manat) pul mükafatına layiq görülüb. Kobaxidze yığmanın bu il ilk dəfə dünya və Avropa çempionu olduğunu xatırladıb. O, bütün ölkə ərazisində çoxfunksiyalı idman mərkəzlərinin yaradılmasının vacib istiqamətlərdən biri olduğunu vurğulayıb. Hökumət rəhbəri cüdoya xüsusi diqqətin ayrılacağını qeyd edib.
Tarixi idman nailiyyətinə görə milli üzvlərinə Şöhrət Ordeni və Şöhrət medalları da təqdim olunub.
Qeyd edək ki, Azərbaycan millisi Budapeştdəki dünya çempionatının qarışıq komanda yarışında elə ilk görüşdəcə Almaniyaya 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.