ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
1500 metr məsafəyə qaçışda Avropa çempionu olmuş yüngül atlet Kira Magian xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə 33 yaşlı idmançı özünün "Instagram" hesabında məlumat verib.
"Bu xəbəri qəbul etmək çətin idi, amma mən artıq müalicəyə başlamışam və ailəmin, yaxın dostlarımın sevgisinə və dəstəyinə sahib olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Xahiş edirəm ki, biz birlikdə bu yolu keçərkən mənim şəxsi həyatıma və məxfiliyini qorumaq istədiyim məqamlara hörmət edəsiniz", - deyə Kira Magian qeyd edib.
İdmançı xəstəliyi ilə bağlı heç bir əlavə məlumat verməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.