EN

Tramp: O, sadəcə insanları öldürməyə davam etmək istəyir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə bağlı yeni açıqlama verib.

Bizimyol.info xəbər verir ki, “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən Tramp Putinlə telefon danışığından bir daha məyus olduğunu bildirib və deyib ki, Rusiya lideri “sadəcə insanları öldürməyə davam etmək istəyir”.

Xatırladaq ki, bu yaxınlarda Rusiya və ABŞ prezidentləri arasında Yaxın Şərqdəki vəziyyəti və Ukraynadakı müharibəni müzakirə edən söhbət olub. Söhbətdən sonra Tramp Putinin mövqeyinə görə məyus olduğunu bildirib. Onun fikrincə, Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.

Eyni zamanda, rusiyalı diplomat Yuri Uşakov bildirib ki, Rusiya prezidenti diplomatik səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib, lakin Rusiyanın bəyan etdiyi məqsədlərindən əl çəkməyəcəyini vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
42
icma.az

10Sources