EN

"Arsenal"ın keçmiş futbolçusu 3 qadını 6 dəfə zorlamaqda ittiham olunur

BAKI. 5 iyul. TELEQRAF

İngiltərənin "Arsenal" klubunun keçmiş futbolçusu Tomas Parteyə qarşı zorlama ittihamı irəli sürülüb.

Teleqraf xəbər verir ki, London polisi 32 yaşlı yarımmüdafiəçini zorlama ilə əlaqdar 5, cinsi zorakılıqla bağlı isə 1 halda ittiham edib.

Qana yığmasının 32 yaşlı oyunçusunun cinayəti 2021-2022-ci illərdə törətdiyi güman olunur.

Britaniya krallığının Prokurorluğu sonra polisə ittiham irəli sürmə səlahiyyətini detektivlər sübutları ortaya qoyduqdan verib.

Qeyd edək ki, şikayətlər 3 qadından daxil olub. Onlardan birinə 2 halda, digərinə 3 halda, sonuncusuna isə 1 halda zorlamanın olduğu bildirilib.

Chosen
13
6
teleqraf.com

10Sources