AZ

Partinin başı dərddə: 5 zorlama hadisəsi ilə bağlı ittiham!

Hazırda azad agent olan, “Arsenal” 32 yaşlı qanalı keçmiş dayaq yarımmüdafiəçisi Tomas Partinin adı xoşagəlməz hadisədə hallanır.

Arena.az İngiltərənin Kral Prokurorluq xidmətinin (CPS) rəsmi saytına istinadən məlumat verir ki, Partiyə qarşı, beş zorlama hadisəsi ilə bağlı ittiham irəli sürülüb.

Bildirilir ki, göstərilmiş ittihamlar üç müxtəlif qadına aiddir. Qadınlar 2021-ci ildən 2022-ci ilə qədər müdəttdə Tomas Parti tərəfindən zorlama ilə üzləşdiklərini iddia ediblər. Parti cari ilin avqust ayının 5-də Vestminster Magistrat Məhkəməsi qarşısında ifadə verəcək.

Bu mənzərədə Partinin keçmiş klubu “Arsenal”ın rəhbərliyi futbolçu haqda yayılmış müvafiq xoşagəlməz xəbərlə bağlı şərh verməkdən imtina edib. “Topçular”ın düşərgəsindən ancaq onu bildiriblər ki:

“Oyunçunun klubla müqavilə müddəti iyun ayının 30-da bitib. Hazırda davam edən məhkəmə araşdırması səbəbindən klub bu işə dair şərh verə bilməz” – BBC şəbəkəsinin jurnalisti Sami Mokbel London klubunun rəsmi mövqeyini səsləndirib.

Seçilən
7
3
arena.az

10Mənbələr