EN

XİN: görüşlər, müzakirələr

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Aliscahbana ilə görüşüb.

Görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

UNESCAP-ın icraçı katibi Zirvə görüşünə dəvətə və ölkəmizin 2026-cı ildə UNESCAP-ın 82-ci sessiyasına ev sahibliyi təşəbbüsünə görə minnətdarlığını bildirib.

Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, ölkəmizin BMT-nin missiyasına verdiyi töhfələr, o cümlədən 2023-cü ildə Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü münasibətilə Zirvə toplantısına, 2024-cü ildə isə BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov İƏT-in 17-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə də görüşüb.

Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Son dövrlərdə ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasının, siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.

Regional inkişaf, çağırışlar və fürsətlər barədə fikir mübadiləsi aparılıb, ikitərəfli formatda olduğu kimi, regional məsələlərdə də Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi bildirilib, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunub.

Nazirlər arasında Pakistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında iyul ayı üzrə sədrliyi çərçivəsində təşəbbüslər barədə də geniş fikir mübadiləsi aparılıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov İƏT-in 17-ci Zirvə görüşü çərçivəsində Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin, təmasların ikitərəfli əlaqələrimizin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub. Regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq mövzuları müzakirə edilib. İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və mədəniyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov İƏT-in 17-ci Zirvə görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb.

Görüş zamanı dövlət başçıları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizin inkişafı üçün möhkəm təməl yaratdığı bildirilib, strateji tərəfdaşlığımızın daha da inkişafında iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin rolundan bəhs olunub.

İqtisadi, ticarət, investisiyalar, energetika və humanitar sahələrdə əməkdaşlıq, habelə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi beynəlxalq təşkilat və platformalar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərdən məmnunluq ifadə olunub.

Alternativ enerji sahəsindəki uğurlu müştərək layihələrdən bəhs olunub və bu sahədə əldə edilən nəticələr yüksək qiymətləndirilib. BƏƏ-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar mina təmizləmə və bərpa işlərində göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
50
xalqqazeti.az

10Sources