EN

Bank of Baku nun Daxili Audit departamentinə təyinatlar

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Bank of Baku ASC-də yeni təyinatlar olub.

Emil Qaçayev Daxili Audit departamentinin direktoru vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Emil Qaçayev 2008-2012-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr, 2012-2015-ci illərdə isə Azərbaycan Texniki Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.

O, peşəkar karyerasına 2009-ci ildə “Azəristiliktəchizat” ASC-də başlayıb. 2013-cü ildən etibarən isə bank sektoruna keçid edərək  Bank of Baku ASC-də müxtəlif vaxtlarda  Mikrokreditlər, Kassa, həmçinin Risklərin idarə edilməsi və Daxili nəzarət sahələrində fəaliyyət göstərib.

2020-2022-ci illərdə Monitorinq bölməsinin rəhbəri, 2022-2024-cü illərdə isə Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrini icra edib.

Qeyd edək ki, Emil Qaçayev 2024-cü ildən cari təyinatadək Bank of Baku ASC-də Daxili Audit departamentin direktorunun müavini, department direktoru vəzifələrinin icraçısı olaraq çalışıb.

Onu da bildirək ki, Bank of Baku-nun Daxili Audit departamentinin direktorunun müavini vəzifəsinə isə sözügedən departamentdə şöbə müdiri olaraq çalışan Orxan Ələskərov təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
14
banco.az

10Sources