EN

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub (FOTO/VİDEO)

Bakı. Trend:

İyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyevadına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədartəntənəli mərasim keçirilib.

Trendxəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik ƏliNağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarınınveteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar vəonların valideynləri iştirak edib.

Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısındaucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub,dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycanınmüstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmişşəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yadedildikdən sonra Dövlət Himni səsləndirilmiş, ardınca məzunlaraAkademiyanın diplomları təqdim olunub.

Daha sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışedərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunlarıtəbrik etmiş, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədrismüəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənəvə xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətintəhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimiqoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevintəhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.

Akademiyanın maddi-texniki bazasının və kadr potensialınınildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnikƏli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinəuyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlıyaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib,son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsilmüəssisənin kursantlarının qazandıqları uğurların sadalananamillərin məntiqi nəticəsi olduğunu deyib.

Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev Akademiyanı bitirənzabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində vəzifəborclarını vicdanla yerinə yetirəcəklərinə, dövlətimizin başçısı,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursunasədaqətlə xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında özlayiqli yerlərini tutacaqlarına qətiyyətlə inandığını bildirib.

Digər çıxış edənlər məzunların Akademiyada mənimsədikləri bilikvə bacarıqları gələcək fəaliyyətlərində lazımi qaydada tətbiq edəbiləcəklərinə dərin inamlarını, burada kursantlara göstəriləndiqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadəedib.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkdirilməsi ilə sonaçatıb.

DTX-nin
DTX-nin
DTX-nin
Məqalədə:
Chosen
4
50
az.trend.az

10Sources