EN

Tramp imzaladı: Əcnəbilər daha çox pul ödəyəcək

ABŞ Prezidenti Donald Tramp, milli parklara əcnəbi ziyarətçilərdən alınan giriş haqlarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ağ Ev tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, ABŞ Prezidenti Donald Tramp ölkə üzrə milli parklara xarici ziyarətçilərdən alınan giriş haqlarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb.

Qeyd olunub ki, xarici ziyarətçilərdən alınacaq əlavə haqlar milli parkların qorunması və gecikmiş təmir layihələri üçün yüz milyonlarla dollarlıq əlavə vəsait təmin edəcək.

ABŞ vətəndaşlarının parkdakı rezervasiya və icazə sistemlərində üstünlüklü girişə malik olacağı da qeyd olunub.

Amerikalıların milli parkların xərclərini təkcə giriş haqları ilə deyil, vergi yolu ilə də maliyyələşdirdikləri açıqlamada bildirilib.

Chosen
16
50
cebheinfo.az

10Sources