AZ

Tramp təsdiqlədi: Zelenski ilə nə danışıblar?

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı apardığını təsdiqləyib. O, söhbəti “çox strateji” adlandıraraq Ukraynadakı vəziyyəti “çox mürəkkəb” kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, Tramp bu barədə iyulun 5-də mətbuata açıqlamasında danışıb.

Onun sözlərinə görə, Zelenski ilə danışıqlar zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Lakin o, konkret detalları açıqlamayıb.

Qeyd edək ki, Tramp bu telefon danışığını bir gün əvvəl – iyulun 4-də həyata keçirib.

Seçilən
16
50
publika.az

10Mənbələr