EN

KDÇ nin taleyi necə olacaq?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Klublarası dünya çempionatında (KDÇ) indi 1/8 final oyunları keçirilir. Və biz artıq FİFA-nın yeni layihəsinin nə dərəcədə uğurlu olub-olmamasıyla bağlı fikir yürüdə bilərik. Hər kəsə aydındı ki, layihənin mahiyyəti teleyayın hüququ və bilet satışından qurum üçün daha çox pul qazanmaqdan ibarətdi. Futbol bosslarının bu planda olan ümidləri açıq-aşkar doğrulmadı: turnir böyük ajiotaj doğurmadı, bəzi oyunlarda azarkeşlərin turnirə maraq göstərməsi görüntüsü yaratmaq üçün az qala bileti pulsuz paylayırlar. Əlbəttə, indiki durum tam iflas deyil, ancaq heç nə dəyişməsə, növbəti turnirlərə tələbat bundan da az olacaq.Problem ilk növbətə turnirin vaxtı ilə bağlıdı. Mövsümlərarası dövrdə yalnız yığmaların beynəlxalq turnirləri keçirilir, bütün klub turnirlərinə isə az qala yoldaşlıq oyunu kimi baxılır, bu KDÇ də istisna deyil. KDÇ çoxdan unudulan İntertoto kubokunu xatırladır. O da yayda keçirilirdi, rəsmi avrokubok turniri sayılsa da, münasibət eynən indiki kimi idi. Digər problem isə turnirin formatından irəli gəlir, məsələn, Almaniya çempionu həvəskar komandaya qarşı, özü də əsas heyət ilə oynamalıdı. Nəticədə elə hesab qeydə alınır ki, meydandakı mübarizə ikitərəfli oyunu xatırladır. FİFA nə qədər çalışsa da, top-klublar turnirə ciddi yanaşmır, onların çoxu ulduzlarını qoruyur, meydana çıxanlar isə imkanlarının 30 faizi həddində oynayır, bu üzdən tez-tez gözlənilməz nəticələr görürük. Bütün bunları nəzərə alanda “Atletiko”nun “Botafoqo” və “Sietl”in olduğu qrupda mübarizəni dayandırmasını, çətin ki, sensasiya saymaq mümkündü.Əlbəttə, hər şeyi də qara görməyə dəyməz. Həqiqətən də turnirin parlaq gələcəyi ola bilər. Bu isə aşağıda göstərilən amillərdən biri yerinə yetiriləcəyi təqdirdə mümlündü. İlk variant odu ki, turnirin mükafat fondu Çempionlar Liqası ilə bərabər olsun. Onda həm böyük klublar turnirdə həvəslə oynayacaq, həm də kiçiklər inkişaf, deməli, güclü olmaq üçün pul əldə edəcək. İkinci variant ÇL-in sıradan çıxmasıdı. Superliqanın yaradılması FİFA-nın işinə yarayar. Mövsüm ərzində keçirilən oyunların sayı azalsa, klublar yalnız liqa formatında oynasa, dördildənbir keçirilən KDÇ açıq-aşkar daha ciddi statusa malik turnir sayılacaq, heç kimi qıcıqlandırmayacaq. Bütün qitələrin öz Superliqası olsa və məhz bunların qalibləri KDÇ-yə vəsiqə qazansa, onda turnirin necə populyarlaşacağını təsəvvür edirsizmi?!Ancaq bu amillərin heç biri indiki məqamda reallaşan deyil. ÇL-də olan pulun KDÇ-də olması prinsipcə mümkünsüzdü. ÇL mövsüm boyunca keçirilir, həm oyunların sayı çoxdu, həm də turnirin statusu yüksəkdi, bu üzdən oyunların yayın hüququ hədsiz baha satılır. Sponsorlarla bağlı da vəziyyət eynidi. Onlar ÇL-in istənilən oyununda reklam vaxtı əldə etməyi daha üstün tutar, nəinki KDÇ-nin finalında. Bu üzdən də ÇL-də mükafat fondu istənilən halda dəfələrlə artıq olacaq. Yaxın gələcəkdə Superliqanın yaradılması da mümkünsüzdü, FİFA özü də bu ideyanın əleyhinə çıxıb, hətta yaradılsa da, çətin ki, iki qurum əməkdaşlıq edə. Belə görünür ki, indiki mərhələdə KDÇ-nin perspektivi elə də parlaq deyil. Və növbəti turnir hansısa səbəbdən baş tutmasa, indiki turnir uğursuz eksperiment kimi dəyərləndirilsə, heç kim təəccüblənməməlidi."Football-plus.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
5
icma.az

10Sources