EN

FHN qadının xilas edildiyi hadisə haqda məlumat yaydı – VİDEO

Xəbər verdiyimiz kimi, Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda polis özünü dənizə ataraq qadını xilas etdi – ANBAAN VİDEO


Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ş.Ağazadə dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qadını xilas etmək məqsədilə polis əməkdaşı da özünü dənizə atıb.



Bizim.Media

Chosen
2
50
bizim.media

10Sources