AZ

ABŞ də faciəli şəkildə öldürülən azərbaycanlı müğənni kimdir? VİDEO

ain.az bildirir, Metbuat portalına istinadən.

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Metbua.taz bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.

"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.

Müğənninin ölüm səbəbi ilə bağlı hələ rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
39
metbuat.az

10Mənbələr