EN

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandalarında, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında da çıxış edib.

Chosen
15
14
cbcsport.az

10Sources