EN

Samvel Karapetyanın “futbolka inqilabı” fiaskoya uğradı: "Erməni cəmiyyəti boş şüarlara tüpürdü"

Ermənistanın tanınmış Telegram kanalı Bagramyan26-nın verdiyi məlumata görə, milyarder Samvel Karapetyan və onun “komandası”nın böyük iddialarla yaratmağa çalışdığı “yeni siyasi qüvvə” İrəvanda rüsvayçı şəkildə iflasa uğrayıb. Kanal yazır ki, minlərlə dollar vəsait xərclənib, minik və avtobuslarla rayonlardan adamlar daşınıb, paytaxtın küçələrinə ucuz köynəklər və papaqlar paylanıb. Lakin bütün bu “xalq şousu” sonda cəmi 7-8 min nəfərlə yekunlaşıb.

Erməni

Sitat: "Erməni müxalifəti illərlə bəyan edirdi ki, guya xalqın əksəriyyəti indiki hakimiyyətin əleyhinədir. Bəs nə oldu? Əgər doğrudan da cəmiyyət qəzəb içində olsaydı, Karapetyanın milyonlarla dollar xərclədiyi mitinqə avtobus da lazım olmazdı, rayonlara dağılmaq, “pullu izdiham” axtarmaq da. Sən demə, pulla gətirilən o adamların da çoxu ürəksiz-ürəksiz gəlmiş, əsas niyyətləri paylanan yemək, içki, köynək və qapaqları götürmək olub.

Bu mitinq bir daha sübut etdi ki, erməni cəmiyyətində artıq köhnə düşmənçilik nağıllarına, “ölkəmiz mühasirədədir” kimi ucuz teatr tamaşalarına inanan yoxdur. Xalq boş şüarları ayaqlar altına atır, Karapetyanın pulu isə həmin şüarları təmizləməyə belə çatmır".

IMG_9011.jpg

Musavat.com bildirir ki, Paşinyan xəttini dəstəkləyən "Bagramyan26" Telegram kanalının bundan sonra yazdıqları daha maraqlıdır.

Sitat: "Azərbaycan bu prosesə maraqla baxır. Çünki illərlə erməni revanşistləri Bakı ilə İrəvan arasında sülh prosesinə qarşı “böyük xalq müqaviməti” yaradacaqlarını sanırdılar. İndi isə fakt qarşısındadırlar: Ermənistanda heç bir milyonçu, heç bir futbolka, heç bir qapaq və avtobus real xalq dəstəyinin yerini tuta bilmir. Əksinə, erməni seçicisi daha çox sabitlik, iqtisadi rifah və normal qonşuluq siyasəti istəyir. Beləliklə, Samvel Karapetyanın reklam dolu “futbolka inqilabı” göstərdi ki, erməni xalqı daha yalançı ideologiyalara deyil, reallığa qiymət verir. Azərbaycan üçün isə bu, Ermənistanın növbəti avantüralara sürüklənmək imkanlarının zəiflədiyini göstərən açıq siqnaldır".

Artıq Ermənistanda da anlayırlar ki, Azərbaycanla açıq və davamlı düşmənçilik gələcəyi olmayan, fiasko xəttidir və bundan tam imtina etmək lazımdır. Əks halda, yaxın gələcəkdə Ermənistan adlı dövlıt olmayacaq...

Musavat.com

Chosen
19
50
musavat.com

10Sources