EN

Bu çaylar bağırsaqları məhv edir, xərçəngə səbəb olur

ain.az, Medicina portalına istinadən məlumat verir.

Arıqlamaq istəyənlərin tez-tez üstünlük verdiyi arıqlama çayları sağlamlıq üçün böyük risk olaraq mütəxəssislər tərəfindən xəbərdarlıq edilir.

Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis Nurten Saydan deyib:

"Çayların tərkibində 2000-ə yaxın aktiv kimyəvi maddə var. Nəzarətsiz şəkildə bazara çıxarılan bu məhsullar insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Lisenziya və yoxlama prosesləri qaydaya salınmadığı müddətcə bu cür məhsullar ölümə davam edəcək. Bu məhsullar infarkt, insult, böyrək, qaraciyər çatışmazlığı kimi ciddi problemlərə səbəb ola bilər”.

Xüsusilə tərkibində senna yarpağı olan arıqlama çaylarının təhlükəli olduğunu bildirən Saydan açıqlamasında bu ifadələri işlədib:

"Ən məşhur və ən təhlükəli misal senna yarpağı çayıdır. Qəbizliyin müalicəsində tez-tez istifadə edilən və arıqlama çaylara qatılan senna, 3 həftədən çox istifadə edildikdə uzun müddətdə bağırsaqlara qalıcı zərər verə bilər. Bundan əlavə, bağırsaqlarda xroniki "tənbəllik" yarana bilər. Təəssüf ki, hər il çayların satışı artmaqdadır.

İnternetdə və asanlıqla əldə oluna bilən bazarlarda satılan bu çaylar, həkimlərin və əczaçıların rəyi olmadan, orqan və həyat itkisinə səbəb ola bilər”.

Aygün

Medicina.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
8
icma.az

10Sources