"İnter" klubu heyətini Anj-Yoan Bonni ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Neradzuri" onun sabiq klubu - "Parma"ya 24 milyon avro ödəyəcək.
Bonni 2021-ci ildən bəri "Parma"da çıxış edirdi. O, burada 117 oyuna çıxıb və 15 qol vurub.
Gənc futbolçu Luis Enrike və Petar Suçiçdən sonra "İnter"in bu yayki 3-cü transferi olub.