EN

Qarabağ geosiyasi və geoiqtisadi məsələlərin müzakirə mərkəzinə çevrilir

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi, müharibdən keçən dövr ərzində də dünyanın diqqqətini Qarabağa yönəltməyi bacarırı. 2023-cü ildə Eiqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün azad Qarabağda keçirilməsi deyilənlərin sübutudur. Bu günlərdə Xankəndində baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü də bu qəbildən olan tədbirlərdəndir. Zirvə Görüşünün Xankəndinə baş tutması həm tarixi hadisə, həm də Qarabağ və Şərqi Zəngəzurun geosiyasi və geoiqtisadi məsələlərin müzakirə mərkəzinə çevrilməsi deməkdir”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov ECO-nun 17-ci Zirvə Görüşünü şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, ilk dəfə azad Qarabağa, Xankəndinə bu sayda dövlət və hökumət başçısı təşrif buyururudu:“Bu tipli tədbirlər Azərbaycanın beynəlxalq miqyasda, beynəlxalq təşkilatlar çərçivəsində gücünün, qüdrətinin göstərici olmaqla bərabər, həm də müharibədən sonrakı dövrdə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq-abadlıq işlərinin həm də dünyaya təqdim edilməsi baxımından əhəmiyyətlidir. ECO-ya üzv ölkələrin dövlət və hökumət rəhbərləri Zirvə Görüşünün keçirildiyi günlərdə Ağdamda, Şuşada, Xankəndində aparılan genişmiqyaslı quruculuq işlərindən təəccübləndiklərini açıq şəkildə ifadə edirdilər”.İlham Məmmədov Azərbaycanın ECO-nun işində fəal iştirak etdiyini, üzv ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurduğuna diqqət çəkərək vurğulayıb ki, Xankəndi zirvə görüşündə təşkilata üzv ölkələrin yüksək səviyyədə təmsil olunması da dövlətimizə, onun liderinə olan hörmətin, dəyərin göstəricisidir:“Digər tərəfdən Azərbaycan istənilən beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etmək praktikasına malikdir. Bunu zirvə görüşü zamanı ayrı-ayrı ölkələrin rəhbərləri də açıq şəkildə ifadə etdilər”.Millət vəkili sonda onu da qeyd edib ki, artıq siyasi paytaxta çevrilən Xankəndidə ECO zirvəsi çərçivəsində qəbul edilən qərarlar təşkilatın gələcək həyatında mühüm əhəmiyyət kəsb edəcək.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
3
newscenter.az

10Sources