EN

Aİ İsrailə qarşı sanksiyalar hazırlayıb | VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Euractiv” portalının yaydığı məlumata görə,Brüssel İsrailin Aİ ilə Assosiasiya Sazişinin tam və ya qismən dayandırılmasını, rəsmi şəxslərə və hərbçilərə qarşı sanksiyaları nəzərdən keçirir.

Aİ həmçinin İsraillə ticarəti məhdudlaşdıra və silah tədarükünə embarqo qoya bilər.

Bundan əvvəl “The Times” nəşri Böyük Britaniyanın fələstinlilərin hüquqlarını pozduğuna görə İsrail kabinetinin üzvlərinə sanksiya tətbiq etməyə hazırlaşdığını yazıb. Xəbərdə bildirilir ki, bir gün əvvəl London artıq yeddi israilli fiziki və hüquqi şəxsə məhdudiyyətlər qoyub.

May ayında isə, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan bəzi israilli və amerikalı girovların ailələrinin ABŞ prezidenti Donald Trampı münaqişəni dayandırmaq üçün İsrailin baş naziri Binyamin Netanyahuya təzyiq göstərməyə inandırmağa çalışdığı açıqlanmışdı.


Sahil İsgəndərov
AzVision.az
Chosen
13
50
azvision.az

10Sources