EN

Kiyevdə əhali metroya sığındı

Rusiya ordusunun artan hava hücumları nəticəsində Kiyev sakinləri gecələrini evlərində deyil, şəhərin metro stansiyalarında keçirməyə başlayıblar. 

News365.az xəbər verir ki, 2022-ci ildə Moskvanın işğalı başlayandan bəri belə bir vəziyyətlə üzləşməyən şəhər əhalisi indi təhlükəsizlik naminə yeraltı sığınacaqlara üz tutur. 

Kiyev meri Vitali Kliçko açıqlayıb ki, müxtəlif istiqamətlərdən yaxınlaşan PUA səbəbindən şəhərdə hava hücumundan müdafiə qüvvələri işləyir. O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb.

Son günlərdə Rusiya Ukraynaya qarşı 539 pilotsuz uçan aparat və 11 raketlə indiyədək ən böyük hücumlarından birini həyata keçirib. 

Chosen
3
21
news365.az

10Sources