Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu X hesabında Xankəndidən paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, nazir paylaşımında qeyd edib:
“İşğaldan azad edilmiş bir şəhər - Xankəndi. Və arxamızda tarixə adlarını şərəflə, qürurla yazdıran can azərbaycanlı qardaşlarımızın məclisi. Türkün bayrağı dalğalanacaq və bizim dostluğumuz o bayraq kimi yüksələcək”.