Bakı, 5 iyul, AZƏRTAC
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıblar.
Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək.