İyulun 7-də gənclər və idman naziri Fərid Qayıbov Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti Daniel Cecetkanı qəbul edib.
Apasport.az xəbər verir ki, görüş zamanı şaquli qaçış idman proqramının ölkəmizdə inkişafı, bu sahədə görülən işlər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin gənclərin bu idman növünə cəlb olunması istiqamətində birgə tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “Triterra” Triatlon Klubunun təsisçisi Rüfət Həsənov da iştirak edib.
Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub